news Image
2014.02.04
12:34
| A A A
Tanınmış aparıcı od püskürdü, amma sonda...

Tanınmış şoumen və aparıcı Murad Arif Azərbaycan dilinə kəm baxanlara yaman qəzəblənib. Öz dilini saymayan, rus-dilində danışaraq guya ki, müasirlik, səviyyə qazanan kəsləri "çuşka" adlandırıb. Teleaparıcının fikirlərini sizə Mövqe.az təqdim edir: " Deputat Sabir Rüstəmxanlı məktəblərdə rus dili bölmələrin bağlanmasını təklif edib. Və rus dili forumları da kişi ilə razılaşmırlar. Bu millətə ana dilini bir şəkildə "yedirtmək" lazımdır.  Əks halda manqurtlaşma qaçılmazdır. Yer üzündə bizim qədər " rəng dəyişməyə" meyilli ikinci toplum, bəlkə də yoxdur. Hər kəs özünə borc bilir ki, rus dili ilə " "prodvinutiy" Azərbaycan dili ilə çuşka kimi baxsın. Bu nə düşüncədir? Haqverdiyev, Vəzirov, Hacıbəyov, Rəsulzadə, Nərimanov, Məmmədquluzadə, Axundov, Sabirin ruhları göynəyir. Niyə düşünürsünüz ki, Azərbaycan bölməsi ziyalı insan yetişdirə bilməz? İnanın ki, təhsilin səviyyəsində axsaqlıq varsa, bu rus- Azərbaycan, ingilis dilli bölmələrə eyni dərəcədə təsir edəcək. bu gün " şəhər uşaqlarının " sayəsində öz dilimiz 

çuşkarizm, zövqsüzlük, geridə qalmışlıq təcəssümüdür. Bax bununla mübarizə aparmaq lazım! ".


Sonda isə aparıcı yekun fikrini rus dilində tamamlamağa üstünlük verib: " P.S Я за Качественное(!) образование и чтоб это было на РОДНОМ языке".