news Image
2014.02.10
16:11
| A A A
Film Festivalında qadağalı görüntülər yayımlandı

"Lars Von Trier"in çox danışılan son filmi " Nymphomaniac " Berlin Film Festivalında qadağalı görüntülərlə yayımlanıb.  Movqe.Az xəbər verir ki, mətbuat konfransında seks səhnələriylə əlaqədar suallar verildikdə baş rol aktyoru Şia LaBeouf salonu tərk edib.

Nümayişə üzərində Cannes Film Festivalının emblemi olan və  "İstənməyən Adam" mənasını verən "Persona non grata" yazılan bir köynəklə gələn Trierə yoldaşlıq edən aktyorlar arasında Uma Thurman da olub. Trier əvvəlki filmi "Melanxoliya" üçün  gəldiyi Cannes Film Festivalında etdiyi şərhlərlə "irqçi" olmaqda ittiham edilmiş və festivalı tərk etməsi istənilmişdi .


Baxıldıqdan sonra jurnalistlərin qarşısına çıxan film qrupundan Shia LaBeouf isə soruşulan bir suala əsəbiləşərək yığıncağı tərk edib. LaBeouf , filmdəki seks səhnələrinin soruşulması ilə keçmiş futbolçu Erik Kantonanın bir mətbuat toplantısındakı etdiyi kimi bir stəkan su içib və onun sözlərini təkrarlayıb : "Qağayılar balıqçı qayığını izləyirsə , sardinaların dənizə atılacağını zənn etdikləri üçündür. " Oyunçu , daha sonra yığıncağı tərk edib.