Əlaqə Arxiv
news Image
2012.04.11
19:00
| A A A
Milli teleaparıcı: “Ailə qurcağım şəxs qətiyyən səhnə adamı olmayacaq” – FOTOSESSİYA
O, ifaçılıq sənətində bəzi müğənnilərə rəqib olacağını dedi

Teleaparıcı Günel Hümbətova teleaparıcıların iş prinsipi haqqında danışdı. Movqe.Az xəbər portalının məlumatına görə, G.Hümbətova günün ilk verilişlərindən biri olan "Azad Azərbaycan" televiziyasında yayımlanan "Bizim səhər" verilişinin aparıcısıdır. Bu baxımdan o, səhər verlişinin aparıcısının bəzi xüsusiyyətlərini açıqladı: "Məlumat üçün deyim ki, teleparıcı olmazdan əvvəl "Yeni ulduz" mahnı müsabiqəsinin iştirakçısı olmuşam və həmin layihə bitdikdən sonra "106 FM" radiosunda çalışmışam. Bundan sonra televiziyada iki əyləncəli "Bizim səhər" və "ATV maqazin" verilişlərinin aparıcı oldum. Səhər verlişinin aparıcısının özəlliyi haqqında onu deyə bilərəm ki, gecə gec yatmağından asılı olmayaraq, sübh tezdən yuxudan ayılmalısan. Teleaparıcısansa, pozitiv olmalısan. Bu, ən böyük şərtlərdən biridir. Əsas işini sevərək görməlisən. Əlbəttə ki, söylədiklərimi özümə də şamil edirəm. İşimlə nəfəs alıram. Teleaparıcıda mütləq proqres, dünya gorüşü olmalıdır", - teleaparıcı dedi.

G.Hümbətova, gələcəkdə ifaçılıq sənətini davam etdirməyi düşünür. O, bəzi ifaçıların rəqibi olacağını söylədi: "Ola bilsin ki, gələcəkdə həvəskar ifçılıqla da məşğul olum. Bundan ifaçılar qorxmasınlar. Sənətlərini əllərindən alan deyiləm. Amma onlara çox böyük rəqib ola bilərəm".

Teleaparıcı ailə ilə bağlı fikirlərini bölüşdü. O, ailə quracağı şəxs haqqında təssəvürlərini gizlətmədi: "İdeal ailə modulu qarşlıqlı hörmətə bağlıdır. Ailədə hisslərlə yanaşı, müttəfiqlər arasında hörmətin qarşılıqlı olmağı şərtdir. Məncə, ailədə hisslər böyük rol oynayır. Ailə qurarkən bunları mutləq nəzərə alacağam. Amma qaldı ki, mənim ailə qurub-qurmayacağıma, bu barədə onu deyə bilərəm ki, hələ çox gəncəm. 20 yaşım var. Bu haqda düşünmürəm. Yalnız onu deyə bilərəm ki, ailə qurcağım şəxs qətiyyən səhnə adamı olmayacaq. Həyat yoldaşımı daha ciddi işdə çalışan və şöhrətpərəst olmayan şəxs kimi təsəvvür edirəm", - G.Hümbətova dedi.

Fuad Mədətov




























Sizin Reklam Yeriniz