Əlaqə Arxiv
news Image
2014.02.11
18:07
| A A A
Rozanı üzən nədir ?

Azərbaycanlı müğənni Roza Zərgərli bu gün çox aktual bir məsələyə toxunub. Müğənni dostlarına müraciət edərək bildirib: " Dostlarım, kim bilir Azərərbaycanda donor orqan bankı varmı?

Hər gün internet vasitəsi ilə onlarla, yüzlərlə fərqli xəstəliklərdən əziyyət çəkən insanlar haqda oxuyuram və bu məni çox üzür. Həyat qısadır və hər an hər birimizin başına hər iş gələ bilər. Əyər başıma bir iş gəlsə belə, cəmiyyətimə xeyrimin dəyməsini istəyirəm. İstəyirəm orqanlarımı vəsiyyət edim ki, əyər mənə bir şey olsa ehtiyacı olan insanlara versinlər".


Məlumat üçün bildirək ki, Azərbaycanda orqan bankı yoxdur. bu barədə tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi Mövqe.az-a fikirlərini bildirib: " Bu gün Səhiyyə nazirliyi ilə söhbətlər gedir. Ancaq hələki aktiv fəaliyyət göstərmir".

Sizin Reklam Yeriniz