Əlaqə Arxiv
news Image
2014.02.12
09:28
| A A A
Məryəm Üzərli övladını dünyaya gətirdi

"Möhtəşəm yüz il" serialındakı "Hürrəm Sultan" obrazı ilə tanınan və çox sevilən aktrisa Məryəm Üzərli ana olub.

Mövqe.az xəbər verir ki, aktrisa bu xəbəri İnstaqram səhifəsində yazıb. O, dünən dünyaya gələn qızına Lara adını verib.

Təəssüratlarını sosial şəbəkədə yazan Məryəm bunları qeyd edib:

"Sevgili qızım, canım Lara Üzərli xoş gəldin bu dünyaya. 10.02.2014 tarixində doğuldun. Allahıma təşəkkür edirəm ki, qızım sağlam şəkildə dünyaya göz açdı.Tanrım mənə güc verdi, səni birinci gündən etibarən qoruya bildim, yaşayırsan. Bu mənim ən böyük hədiyyəmdir. Çox yaxın rəfiqəm Anna da bu anlarımda yanımda idi. Bütün ailəmə, dostlarıma minnətdaram".

Məlumat üçün bildirək ki, M. Üzərli hal-hazırda Almaniyadadır və uşağını da orada dünyaya gətirib. Körpənin atası Can Atəş isə Məryəmi tək buraxıb.  M. Üzərli doğuşdan sonra Türkiyəyə qayıdacaq və yenidən iştirak etdiyi seriala qayıdacaq.


Sizin Reklam Yeriniz