Tolik Natəvanı ağ yuyub, qara sərdi - VİDEO
Müğənni Natəvan Həbibi və prodüsser Tolik arasında qalmaqal
yaşanıb. Aygün Kazımovanın ad günü şənliyinə Kleopatra imicində
qatılan Sevda Yəhyayevanın Natəvanı təkrarladığı barədə yazılıb.
Mövqe.az xəbər verir ki, "Onlar" verlişində bu barədə açıqlama
verən Natəvan Həbibi bu yazının sifarişlə yazıldığını inkar edib və
fikirlərini şeirlə başlayıb : " Nələr çəkib, başım mənim... Ağır
olub daşım mənim ".Razıyam, desinlər ki, Natavan özünü kiməsə
oxşadır, nəinki əksinə. Mən səviyyəmi qoruyuram".
Prodüsser Tolik isə Natəvan Həbibiyə belə cavab verib : " Mənim işlədiyim müğənniyə ( Sevda Yəhyayeva nəzərdə tutulur - red) sataşma, bostanına daş atma. Artıq o müğənninin adını çəkmirəm ( Natəvan Həbib nəzərdə tutulur -red) Çünki elə bilir ki, biz onun adı ilə reklam olunuruq. Amma onun adı ilə reklam oluruq, əslində isə bilmir ki, onun özünün reklama ehtiyacı var. Sevda obrazını Kleopatradan götürüb. Kimsə hansısa restoranın 10 saniyəlik reklam çarxına çəkilibsə bu o demək deyil ki, həmin obraz ona aiddir. O, müğənni mənim üçün etalon deyil.
Xahiş edirəm hərə öz işi ilə məşğul olsun.