Əlaqə Arxiv
news Image
2014.02.13
16:13
| A A A
Ebru Gündəş yenə xəstələndi?

17 dekabrda məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zarrab nəzarətə alınıb, ərinin həbs olunmasından sonra çətin günlər keçirən Gündeş nəhayət yorğun düşüb. Movqe.Az xəbər verir ki, Ebru Gündeş yorğunluqdanyoxsa xəstəlikdən bu hala düşüb bilinmir. 


Həyat yoldaşı Rza Zarrabın həbs olunmasından sonra çətin günlər yaşayan Ebru Gündeş özünü tamamilə evə qapayıb. 


Münsif üzvü olduğu "O Ses Türkiye" yarışının final hissəsindən sonra tamamilə itən məşhur müğənni , həftələr sonra dünən Nişantaşında görüntülənib . Məşhur müğənninin üzündən olduqca yorğun və əldən düşmüş olduğu görülürdü. Sənətçi Ebru Gündeşin xəstəxanaya gedərək müayinədən keçdiyi öyrənilib.  

Ebru Gündeş , yoldaşıyla əlaqədar sualları cavabsız qoyaraq avtomobilinə gedib.


Şoferinin istifadə etdiyi vasitəyə minən Gündeşi 2 mühafizəçi müşayət edib.

Sizin Reklam Yeriniz