news Image
2014.02.13
20:39
| A A A
Xumardan təzə xəbər - "Əl-ələ tutub..."

Az əvvəl "Təsbeh" türk mahnısı ilə gündəmi silkələyən sevilən müğənni Xumar Qədimovadan xəbər var.

Movqe.az publika.az-a istinadən bildirir ki,  bu barədə danışan sənətçi böyük bir layihənin hazırlıq işlərinə star verib: "Sözləri Sona Vəliyevaya, musiqiçi özümə aid olan "Əl-ələ tutub gedək" adlı bir mahnıya can verəcəyik. Mən buna bir əsər deyərdim. Çünki bu layihədə yalnız mən deyil, bir neçə sənət adamı iştirak edəcək. Mən danışmağı sevmirəm, bunu məni tanıyanlar gözəl bilir. Buna görə də, qabaqcadan çox şey demək istəmirəm. Layihə hazır olsun, tamaşaçıların ixtiyarına verək, artıq sözə ehtiyac olmayacaq".

Piyar arxasınca düşməyi heç vaxt sevməyən və tamaşaçını arxasınca aparmağı bacaran Xumar bir xüsusiyyətini də bizimlə bölüşdü: "Elə yerlər var ki, mən o məclislərə getmirəm, amma elə yerlər də var, siz orda məni görərsiniz. Amma heç kim inanmaz ki, Xumar ora gedər. Ruhu, zövqü, beyni olan tamaşaçılara hər zaman ehtiyacım var".

Qeyd edək ki, bir neçə il bundan öncə də Xumar "Sevgi harayı" adlı böyük bir layihə ilə musiqi aləminə səs salmışdı. Xalq artisti Rasim Balayev, Samir Cəfərov və Xumarın iştirakı ilə təqdim olunan həmin layihənin davamını biz "Əl-ələ tutub gedək" layihəsində görə biləcəyik.