Əlaqə Arxiv
news Image
2014.02.14
13:02
| A A A
Murad “Sevgililər günü”nə “yox” deyənləri yıxıb - sürüdü

Teleaparıcı və bəstəkar Murad Arif 14 fevral Sevgililər gününü qeyt etməyənləri sərt tənqid edib. Mövqe.az xəbər verir ki, aparıcı sevgisini bir daha dilə gətirib:

 

"Valentinin mənşəyini araşdırıb gözə soxan,  dolayısı ilə ultra-müsəlman və ya meqa milli görünmək istəyən "mələklər" bu il rastıma gəlmir. Yəqin ki, ötən il yaxşıca təmizlik aparmışam. Əlqərəz, yaşasın sevgi və səmimiyyət. Mənim üçün bu gün sadəcə, daha bir fürsətdir ki, sevdiyimi söyləyim. Bir az adekvat və ya heç olmaya pozitiv olun".


Qeyd edək ki, məşhurlar arsında bu günə qarşı çıxan xalq artistləri Nazpəri Dostaliyeva, Aygün Kazımova və prodüsser Tolik olub. Onlar sevgililər gününün 30 İyunda qeyd olunmasının tərəfdarlarıdır.

Sizin Reklam Yeriniz