Əlaqə Arxiv
news Image
2012.04.05
18:51
| A A A
Nüşabə Ələsgərlinin solo konserti olacaq – FOTO
“Konsertin sponsoru özüməm”

Müğənni Nüşabə Ələsgərli solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə Movqe.Az xəbər portalına müğənni özü məlumat verib. N.Ələsgərli bildirb ki, bu ilin sonuna kimi solo konsert proqramı ilə Heydər Əliyev Sarayında çıxış edəcək. Müğənni konsertin özünü təsdiqləmək məqsədiylə verməyəcəyini də qeyd etdi: "Qalmaqallı, gərgin vəziyyətə baxmayaraq, yaradıcılığıma da yer ayırmağa çalışıram. Mayın 10-da Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış etməyi planlaşdırırdım. Amma "Eurovison" müsabiqəsi ilə bağlı payız aylarında keçirəcəyəm. Amma mütləq bu ilin sonuna qədər solo konsert proqramı ilə tamaşaçıların qarşısında çıxış edəcəyəm. Sadəcə olaraq, məndən solo konsert proqramını gözləyənlər çox olduğundan, buna görə də konsert proqramıyla çıxış etmək fikirindəyəm.. Bu, özümü imtahana çəkmək, yaxud özümü təsdiqləmək məqsədiylə deyil. Canlı ifamı, savadımı göstərəcəyəm?!  Məni tanıyanlar, tanıyır. Özüm haqqında danışmağa utanıram", - N.Ələsgərli dedi.

Müğənni solo konsertinin yaradıcı heyətini açıqladı. Üstəlik, o, konsertinin sponsorunun özü olacağını da bildirdi: "Konsertin musiqi tərtibatını bəstəkar Vüqar Camalzadə ilə çalışacağam. Konsertin rejissoru isə Gülya Şəfiyeva, ola bilsin ki, xalq artisi Cənnət Səlimova da olsun. Artıq bu barədə danışıqlıqlarımız olub. Konsertin sponsoru  özüməm. Özüm özümə sponsorluq etməyi bacarıram. Əlavə dəstək olsa, buna etiraz etmərəm".

N.Ələsgərli, şou-biznesin müəyyən xoşəgəlməyən məqamlarına görə, ondan istifadə etdiyini söylədi: "Məni tanıyanlar bilir ki, mən gülərüz, mehriban, sakit təbiətli və diltapan insanam. Yəqin ki, məni qıcıqlandıran sözlər deyirlər ki, mən də onlara qarşı əks tədbir görürəm. Fizika elmin də belə bir qanun var: təsir, əks təsirə bərabərdi! Ola bilsin ki, mənim emosional olduğumu, tez əsəbləşəcəyimi bilib, məhz mənə qarşı gəlirlər", - müğənni dedi.


Fuad Mədətov



Sizin Reklam Yeriniz