Əlaqə Arxiv
news Image
2014.02.14
13:50
| A A A
Rza Zərrab azad edildi

Publika.Az türk mediasına istinadən xəbər verir ki, "Halkbank" baş direktoru Süleyman Aslanın da aralarında olduğu 8 nəfər azad eilib.

İstintaq çərçivəsində həbs olunanazəri əsilli iş adamı Rza Sərraf, Zəfər Çağlayanın oğulu Kaan Çağlayan və Muammer Gülərin oğulu Barış Gülər xaricindəki bütün şübhəlilərinvəatətlə azad edildiyi bildirilir.

Vəkil Ersan Şən, Halkbankın sabiq baş direktoru Süleyman Aslanın ədli idarə şərtiylə sərbəst buraxıldığı açıqladı.

13.44

Türkiyədə rüşvət əməliyyatları zamanı həbs olunan 9 nəfər azad edilib

Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad ediliblər. Bu barədə Trend "TRT Haber" kanalına istinadən xəbər verir.

Qeyd edək ki, onlar ötən ilin sonunda antikorrupsiya əməliyyatları zamanı həbs edilmişdilər.Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla onlarla insan saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da olub.

Sizin Reklam Yeriniz