news Image
2012.04.05
17:59
| A A A
Azərbaycanlı müğənni: “İstəmərəm ki, adım qalmaqallarda hallansın”- Fotosessiya
“Əsil müğənni sənətiylə tanıdar özünü”

Azərbaycanın populyar müğənnisi Roza Zərgərli verdiyi açıqlamada qalmaqallardan uzaq olduğunu bildirdi.

 

"Mən heç zaman istəmərəm ki, adım qalmaqallarda hallansın. Çünki bu müğənniyə yaraşmayan bir şeydir. Əsil müğənni sənətiylə tanıdar özünü, etdiyi qalmaqallarla yox.

 

Bu gün bir çoxu elə düşünürlər ki, onlar qalmaqal edib reklam etməklə düz edirlər. Lakin bu belə deyil. Çünki heç bir sənətkar tamaşaçılarının yaddaşında belə qala bilməz.

 

Mən o cür tanınmaq istəməzdim. Qoy məni tamaşaçılar ifama və sənətimə görə yadda saxlasınlar", - Roza Zərgərli dedi.

 

Türkan Nadirqızı










Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs