Əlaqə Arxiv
news Image
2012.06.08
19:13
| A A A
Rihanna Bodrumda

Movqe.Az türk mediasına istinadən bildirir ki, Azəri iş adamı Mübariz Mənsimovun keçən il türk iş adamı Cefi Kamhidən aldığı Bodrumun Yalıkavak ərazisindəki dənizkənarı istirahət zonasının iyun ayının 15-də açılışı olacaq. Açılış mərasiminə dünya ulduzu, məşhur müğənni Rihannanın dəvət ediləcəyi söylənilir.

İş adamı Mənsimov, təxminən 20 milyon dollar maliyyə ayırdığı və "Palmalife" adını verdiyi istirahət zonasının açılışı üçün günləri sayır. 

450 yaxta tutan "Palmalife Otel"in açılışında konsert vermək üçün etdiyi xüsusi işləri və xüsusi paltarlar geyinərək etdiyi məşqlərdə çəkilən fotoşəkillərini "Facebook" səhifəsində paylaşan Rihannanın Bodrum üçün xüsusi bir nümayiş hazırladığı bildirilir.

Verilən xəbərə görə, Rihanna Yunan adalarından vertolyot ilə Bodruma gələrək Mənsimova aid "Palmalife Otel"də yerləşəcək, sonra isə xüsusi bir yaxta ilə üç günlük mavi dəniz səyahətinə çıxacaq.

Rihannanın gəliş zamanı sirr kimi saxlanılarkən, müğənninin xüsusi istəklərinin qəbul edildiyi məlum olub.

Sizin Reklam Yeriniz