Əlaqə Arxiv
news Image
2014.02.18
12:23
| A A A
Zaur Nəbioğlu bağlanan verlişlərindən danışdı- ÖZƏL

"Pərdə" və "Rəngarəng" verlişlərinin aparıcısı Zaur Nəbioğlu verlişlərinin bağlanması haqqında xəbərə münasibət bildirib : Dəqiq məlumat verə bilmərəm, kanal rəhbərliyi bilər. Növbəti verlişlər efirə getdikdə biləcəksiniz.


Aparıcı Zaur Nəbioğlu işdən çıxarılması barədə olan xəbəri də nə inkar, nə də ki, təsdiq edib.


Xatırladaq ki,  AzNews.az-ın əldə etdiyi məlumata görə, aparılan islahatlar nəticəsində telekanalda yayımlanan şou verilişləri ləğv olunub və onların yaradıcı heyəti işdən azad edilib. Belə ki, rəhbərliyin qərarına əsasən, telekanalda yayımlanan "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bənyədim" kimi şou xarakterli verilişlər ləğv edilib. Məlumatda bildirilir ki, telekanal rəhbərliyi buna səbəb kimi yeni strateji xəttə uyğun olaraq daha çox xəbər kanalı kimi fəaliyyət göstərməsini əsas gətirib. Ona görə də şou verilişlərini minimuma endirmək haqda qərar qəbul edilib.Hələ heç nə bəlli deyil. Martın birindən əsaslı dəyişiklik olsa bilinəcək. 



Sizin Reklam Yeriniz