news Image
2014.02.18
15:34
| A A A
Xatirə: "Həyatyoldaşım dövlət işində işləyir, bu ona lazım deyil"
Müğənni Xatirə İslam ailəsini ilə bağlı gündəmə gəlmək istəmir. Hər dəfə övladının, həyat yoldaşının şəkillərinin 

informasiya portallarını, televiziya kanallarını bəzəməsindən narahat olan müğənni buna qarşı çıxıb. Mövqe.az-ın əməkdaşı ilə danışan zaman müğənni bildirib : " Tamaşaçılar, oxucular elə bilər ki, mən bunu özüm istəyirəm. Amma vallah, heç xəbərim də olmur. Açıb baxanda görürəm ki, oğlumla, yoldaşımla bağlı xəbər və ya şəkillər... Nə mənə, nə də yoldaşıma bu lazım deyil. O, dövlət işində işləyir. Özümdə sənətdə yeni deyiləm ki, bununla gündəmə gəlməyə ehtiyacım olsun. Ad günüm oldu, jurnalistləri dəvət etdim. Çəkildi, səhəri gün yayımlandı. Buna etiraz etmirəm. Bir gün olsun və bitsin. Hər dəfə onların şəkillərinin yayımlanmasından xoşlanmıram".