Əlaqə Arxiv
news Image
2012.04.06
02:02
| A A A
NATO-nun keçmiş müfəttişi milli şou-biznesə qatılır? - FOTOSESSİYA
O, məşhur azərbaycanlı müğənninin həyat yoldaşıdır

Movqe.Az xəbər verir ki, hazırda ölkəmizdə yaşayan həmin şəxs Səlçuq Sami Gökgözdür. Tamaşaçılar onu daha çox müğənni Səidə Dadaşovanın həyat yoldaşı kimi tanıyırlar. Bəzi məclislərdə həyat yoldaşı Səidə Dadaşova ilə duet oxuyan S.S.Gökgöz milli şou-biznesə qatılmaq fikirini etiraf edib. S.S.Gökgöz, Movqe.Az-a açıqlamısnda bildirb ki, ifaçılıq sənəti ilə ABŞ-da yaşadığı illərdən bəri məşğuldur və ifa etdiyi mahnılar "Country-rok" musiqi janrındadır. O, ABŞ-da yaşayanda NATO-da müfəttiş işlədiyi zaman klublarda səhnəyə çıxdığını deyib: "ABŞ-ın Denver ştatında bir neçə il yaşamışam və orada da "Country-rok" musiqi janrına aşiq oldum. Bundan sonra həmin musiqi janrda mahnılar ifa etməyə başladım. Hər həftə sonu NATO-da müfəttiş işlədiyin vaxtlar ştatın klublarında oxuyurdum. NATO-da 26 il çalışdım. Hazırda isə Azərbaycanda mahnılarımı ifa etmək istəyirəm. Artıq Bakının möhtəşəm klublarında çıxış edirəm".

S.S.Gökgöz, həyat yoldaşı, müğənni Səidə Dadaşova ilə Türkiyədən Bakıya köçdükdən sonra ifaçılıq sənətlərini davam etdirdiklərini dedi: "2011-ci ildə təqaüdə çıxdım və həyat yoldaşım Səidə ilə Türkiyədən Bakıya köçdük. Səidə sənətini davam etdirməyə başlayıb. Mən də ifa etdiyim mahnıları burada oxuyuram", S.S.Gökgöz söylədi.


Fuad Mədətov










Sizin Reklam Yeriniz