Əlaqə Arxiv
news Image
2014.02.19
16:33
| A A A
Abbas: “İfam da, adım da təkdir”

Əməkdar artist Abbas Bağırov bundan sonra pop musiqiləri səsləndirəcək. 


Axşam.az-ın məlumatına görə, müğğənni bu haqda 106.3 FM-də yayımlanan "Muleyli" şousuna açıqlama verib. Fəaliyyətindən bəhs edən əməkdar artist fasilə verdiyi yaradıcılığına geri döndüyünü bildirib: 


"Bir müddətdir, ancaq lirik mahnılar təqdim edirdim, pop janrından uzaqlaşmışdım. Amma bundan sonra ritmik bəstələrə üstünlük verəcəyəm. Dinləyicilərim məndən pop mahnıları da eşidəcəklər". 


A. Bağırov şəxsi həyatını gündəmə gətirməyi sevmədiyini qeyd edib: 


"Hər zaman mediadan xahiş etmişəm ki, mənə şəxsi həyatımdan, ailəmdən, mülkümdən sual verməsinlər. Bir də hansısa bir həmkarımın etdiyi işlə bağlı məndən münasibət öyrənirlər. Mən kiminsə yaxşı əməlinə sevinər, ona fikir bildirərəm. Şou aləmində mənə də paxıllıq edənlər çox olub. Fərqli janrda mahnı oxuyur, amma mənə paxıllıq edir. Bu məni təəccübləndirir, nəyə lazımdır ki? Mənim ifa tərzim də, adım da bu aləmdə təkdir".


Sizin Reklam Yeriniz