news Image
2014.02.20
10:17
| A A A
İlqar Mikayıloğlu Mələykə Əsədovanın bostanını daşladı
Aparıcı İlqar Mikayıloğlu bəzi müğənnilərin, aktrisaların bostanını daşlayıb. Aparıcı canlı efirdə hər kəsi sağlığıda sənətkarlara qiymət verməyə səsləyib. Mövqe.az xəbər verir ki, aparıcı bəzi sənətdə olan yaradıcı insanların çox tez xalq və əməkdar artist fəxri adına laiq görüldüyünü deyib : " Onlara bu adlar çox tez verilsə də, ancaq bu o demək deyil ki, onlar bizim yaddaşımızda hər hansı rolu, fəaliyyəti ilə qalacaqlar. İnsan bəzən düşünür ki, onları kənardan idarə edən yüksək bir qüvvə var ki, onlar belə qabağa gedirlər. Biri çıxıb deyir ki, mən İtaliyadan geyinirəm, iki gözüm birdən aydın ki, sən İtaliyadan geyinirsən. Geyin də.... Bəzi xalq artistlərimiz, əməkdar artistlərimiz səfalətdən ölür, əzab-əziyyət çəkir, bəziləri də.... "

Xatırladaq ki, xalq artisti aktrisa Mələykə Əsədova bu yaxında açıqlamasında ancaq İtaliya brendlərinə üstünlük verdiyini və oradan aldığı geyimləri geyindiyini demişdi.