news Image
2014.02.20
10:32
| A A A
Flora Kərimova villət vəkilinin barışıq təklifinə nə dedi ?
Mövqe.az xəbər verir ki, millət vəkili Etibar Hüseynov son zamanlar şou-biznesdə baş verən qalmaqallara, soyuq müharibəyə maraqlı yanaşma nümayiş etdirib. O, İlhamə Quliyeva və Flora Kərimova arasında yaşananları, sovet dövrü zamanı müşahidə edilən Alla Puqaçova və Sofiya Rotaru arasındakı soyuq müharibə ilə müqayisə edib. Xalq artisti Flora Kərimovadan millət vəkilinin bu sözlərinə "Şoubiz" verlişində cavab gəlib : " Bu barışıq ola bilməz. İlhamə Quliyevanın məndən fərqli olaraq Azərbaycan musiqisində, incəsəntində yadda qalan, dəyərli heç bir əməyi yoxdur".


Qeyd edək ki, "Şərəf" və "Şöhrət" ordenli xalq artisti İlhamə Quliyeva isə hələki məsələyə cavab verməyib.