news Image
2014.02.20
11:01
| A A A
Tanınmaz görkəmə düşən müğənnimiz sağaldı

Yüksək təzyiq, şəkər və qlaukoma xəstəliyindən əziyyət çəkən əməkdar artist Kəmalə Rəhimli görmə qabiliyyətini tamamilə itirmişdi. Müğənninin sağ gözü görmür, sol gözünün görmə qabiliyyəti 2 faiz idi.  Kəmalə Rəhimli  Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı. Müğənninin müalicəsini xəstəxananın baş həkimi öz üzərinə götürmüşdü. Mövqe.az-a daxil olan məlumata görə, müğənni Kəmalə Rəhimli artıq xəstəxanadan çıxıb. Özünü yaxşı hiss edən müğənninin səhhəti düzəlib. Müalicəsini artıq evdə davam edən K. Rəhimli özünü normal hiss etdiyini açıqlayıb.