news Image
2012.06.12
11:57
| A A A
Xatirə İslam evləndi - Eksklüziv
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Xatirə İslam evlənib.

Xatirə İslamın toyu dünən saat 18:00 radələrində baş tutub. Qeyd edək ki, müğənni toyunu gizli saxlamaq istəsə də, alınmayıb. O, jurnalistləri ata evinə çağıraraq, toya heç bir jurnalistin buraxılmayacağını bildirib. Buna səbəb isə bəy evinin toy barədə mediada heç bir məlumatın yayımlanmasının istəməməsidir.

KİV nümayəndələrinə tədbirə giriş qadağa olsa da, toy haqda məlumatlar artıq bir çox xəbər portallarında yayımlanıb. Xatirə İslamın toyunda Azərbaycan şou-biznes və mədəniyyət nümayəndələrindən Brilliant Dadaşova, Abbas Bağırov, Nazpəri Dostəliyeva, Baloğlan Əşrəfov, Natavan Həbibi, Sevda Yahyayeva, Günel Ələkbərova, meyxanaçılar və aktyorlar və s. iştirak ediblər.

Xatırladaq ki, bir müddət öncə Xatirə İslam və Natavan Həbibi arasında barışıq baş vermişdi.

Toyun aparıcısı isə, məşhur teleaparıcı Nərgiz Cəlilova idi. Fəxrəddin və Xatirə olduqca xoşbəxt görünürdülər.

Qeyd edək ki, şəkildə Xatirə İslamın yanında kı, bəy Fəxrəddin deyil. Çünki bəy onun toy şəkillərinin yayımlanmasını istəmirdi.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs