news Image
2014.03.03
10:52
| A A A
Günay Zaurun belində - FOTOLAR

Evlərə şənlik gətirən "Məni yarımdan soruş" layihəsi qısa müddət ərzində hamının ən sevimli verilişinə çevrildi. Bu barədə Movqe.az-a açıqlama verən layihənin mətbuat katibi Faiq Ələkbərov bildirib ki, yarışmada iştirak etmək istəyən nişanlı və ailəli cütlüklərə yaş məhdudiyyəti qoyulmur: "Bir sözlə, hər kəs bu layihədə iştirak edə bilər. Aparıcıların səmimiliyi, zarafatları yarış iştirakçılarının da özlərini sərbəst hiss etmələrinə səbəb olur. Ona görə də, yaşından, vəzifəsindən, yaşadığı məkandan, təhsilindən asılı olmayaraq, hamı həvəs və maraqla "Məni yarımdan soruş" layihəsini izləyir. Verilişdə inanılmaz yarışlar iştirakçıları və tamaşaçıları dəhşətə gətirir. Layihəyə qatılanlar başlarına gələcəklərdən xəbərsiz olurlar. Hər mərhələdəki sınaqların qaydalarını öyrəndikcə iştirakçıların üzündə yaranan ifadələrə gülməmək mümkün deyil. "Məni yarımdan soruş" layihəsinə qatılnalar əliboş geri qayıtmırlar, qalib gələnlər isə avtomobilə sahibi olurlar". 


"Məni yarımdan soruş" layihəsi yeni efiri ilə gəlir, özü də necə gəlir! Reytinq cədvəllərini darmadağın edib birinciliyini əldən verməyən layihə yenə də həyəcanlandıracaq. ATV kanalında Zaur və Günay Baxşəliyevlərin təqdimatında yayımlanan "Məni yarımdan soruş" layihəsində yarış iştirakçılarına qaydaları izah edən aparıcılar hamını çox güldürəcək. Zaur və belində əyləşən Günayın görüntüləri hər kəsi mat qoyacaq. Layihənin bu maraqlı efirinə mütləq baxın. Bu gün axşam saat 21:40-da "Məni yarımdan soruş" layihəsini izləməyi unutmayın.