Əlaqə Arxiv
news Image
2014.03.03
12:28
| A A A
Rəqsanə 9 ton su tutumu olan hovuzda - FOTOLAR

Müğənni Rəqsanə İsmayılivanın Türkiyə ilə bağlı layihələri həllini tapır. Mövqe.az xəbər verir ki, ötən gün böyük heyətlə birlikdə klip çəkilşi baş tutub. Bundan öncə isə müğənnimiz Türkiyə mediasının diqqətində olub. Çəkiliş meydançasında jurnalistlərlə görüşən Rəqsanə xanım özünü qardaş ölkənin media nümayəndələrinə təqdim etməklə, yaradıcılıq işi haqqında söz açıb. Eyni zamanda Türkiyəyə tanınmaq və çalışmaq adı ilə gələn sənətçilərimizə onlardan dəstək olmalarını istəyib.

Sözünün davamında sualları cavablandıran sənətçi ekranlaşdırılan "Alma məndən gözlərimi" mahnısının söz və musiqisinin özünə məxsus olduğunu qeyd edib. Yaradıcılığının bir qolunu mahnı yazmağa yönləndirdiyinin diqqətə çatdıran R.İsmayılova onlardan birini Səlami Şahinə təqdim etmək arzusunu dilə gətirib.

Qeyd edək ki, sənətçimizin klipini tanınan rejissor Teoman Topçu ərsəyə gətirir. Dünəndən bəzi kadrları çəkilən klipin daha bir hissəsi 9 ton su tutumu olan hovuzda baş tutub. Xəbərin əsas tərəflərindən biri isə sözügedən klipdə Rəqsanə xanımın tərəf müqabilidir. O, Türkiyədə fəaliyyət göstərən ispaniyalı aktyor və model Karlos Martindir.



Sizin Reklam Yeriniz