news Image
2014.03.03
12:49
| A A A
Oskar mükafatı sahiblərini tapdı

Kino sənayesinin ən nüfuzlu mükafatı qəbul edilən 86-cı Oskar mükafatları dünən axşam Los Anceles Dolby teatrında təşkil edilən mərasimlə sahiblərini tapıb. 

Mərasimdə"12 İllik Əsarət" , ilin ən yaxşı filmi seçilib "Yer çəkimi" (Gravity) filmi isə yeddi mükafata layiq görülüb. 


Movqe.Az xəbər verir ki, Solomon Northupun 1853-cü ildə yazdığı və öz hekayəsini danışdığı köləlik romanından ilhamlanaraq çəkilən film, Hollywood tarixində ilk dəfə siyasi bir rejissora Oskar qazandırıb.

 

Film, ən yaxşı köməkçi qadın aktrisası Lupita Nyonga və ən yaxşı ssenari uyğunlaşdırıcısı Conn Ridleya da mükafat qazandırıb.

Filmin İngilis rejissoru Stiv Mak Kvin mükafatı "keçmişdə köləlik iztirabını çəkən" kəslərlə 'bu gün hələ də köləliyə məruz qalan 21 milyon insana"  həsr etdiyini söyləyib.

 

Hər kəsin yalnız həyatda qalma deyil, yaşamaq hüququna da sahib olduğunu vurğulayan Mak Kvin, "Solomon Northupun geridə qoydğu ən əhəmiyyətli miras budur" deyib.