news Image
2014.03.04
16:19
| A A A
Tolik Röyanə belə müdafiə etdi

"Azəristar" yarışmasının iştirakçısı müğənni Əfqan Quliyevin dünən baş tutan toyunda müğənni Röya ilə Elton Hüseynəliyevin dalaşması haqda Mövqe.az-a daxil olan informasiyanı prodüsser Tolik də yalanlayıb. Məşhur prodüsser öz facebook və İnstagram səhifələrində Röyanı müdafiə edib : "Bu məlumatları yazanlar orada olub? Ağlınıza gələni yazmayın, heç bir dava olmayıb. Qıraqda qalan döyülənləri yazmırsınız, Röya ilə Eltonu yazırsız? Röya heç vaxt ictimai yerdə söyüş söyməz. Bizim münasibətlərimiz sizi narahat etməsin. Siz öz həyatınızı yaşayın, Röya ilə mənim dərdimi çəkməyin".

Qeyd edək ki, məlumatı Mövqe.az saytına toyda iştirak edən tanınmış şəxs verib. Adının açıqlanmasını istəməyən şəxs bundan başqa Röya və Elton arasında qalmaqalın səbəbkarı kimi Toliki göstərib.