news Image
2014.03.04
18:07
| A A A
Ramiz Əzizbəyli nevroloji şöbəyə köçürüldü

Keçirdiyi avtomobil qəzasından sonra Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasına yerləşdirilən xalq artisti Ramiz Əzizbəylidən xəbər var. Xalq artistinin qızı Xədicə Lent.az-a bildirib ki, atasını Nevroloji şöbəyə köçürüblər:


"Xeyli müddətdir ki, atam xəstəxanaya yerləşdirilib, səhhəti normaldır. Müalicə kursunun ilkin prosesi geridə qalıb. Artıq Nevroloji şöbəyə yerləşdirilib. Bu mərhələdə həkimlər beynini müalicə edəcəklər, evə tezliklə buraxılmayacaq. Hələ bir müddət həkimlərin nəzarətində qalmalıdır. Maddi tərəfə gəldikdə isə bu günə qədər bütün xərcləri özümüz ödəmişik. Heç bir yardım və köməkdən söhbət belə gedə bilməz. Həkimlərin müalicəsindən də razıyıq. İnanırıq ki, yaxşı olacaq".


Qeyd edək ki, R. Əzizbəyli fevralın 9-da Yasamalda öz məhəllələrində avtomobil qəzasına düşüb.