news Image
2014.03.04
18:36
| A A A
İzzət Bağırov bığından keçməli oldu

Müğənni İzzət Bağırov yenidən əvvəlki imicinə qayıdıb. 


Axşam.az-ın məlumatına görə, sənətçi bığlarını kəsdirib. "Şoubiz" verilişinə açıqlama verən İzzət bunu yeni klipi üçün etdiyini bildirib: 


"Ötən ildən bir klip çəkdirmişəm. Orada bir kadr var idi ki, texniki qüsur yarandığı üçün yenidən çəkmək məcburiyyətində qaldıq. Mən də həmin ekran işində köhnə imicimdə idim. Bu səbəbdən bığlarımı kəsdirməli oldum. Bir müddət sonra yenidən bığlı halıma qayıdacağam".