news Image
2014.03.05
11:51
| A A A
Azərbaycanlı tele aparıcının dəhşətli Kıvanç Tatlıtuğ sevdası
Günel: " Aman Tanrım ona baxanda bütün dərdlər, acılar, kişilər və hətta qadınlar, bir sözlə bütün dünya unudulur!" Hal-hazırda aparıcı kimi fəaliyyətini dayandırsa da, ancaq hələ də sevilən sima və aparıcı olaraq yaddaşlarda qalan Günelin sosial şəbəkədə paylaşdığı statusunu sizə təqdim edirik. Mövqe.az xəbər verir ki, aparıcı "Kurt Seyit və Şura" serialında baş rollardan birini ifa edən  aktyor Kıvanç Tatlıtuğa olan sevgisini, rəğbətini sosial şəbəkə vasitəsilə bildirib: "İstəyirəm dünən "Star TV"-də başlayan "Kurt Seyit və Şura" barədə öz təəsüratlarımla paylaşım. İlk öncə mütləq qeyd edim ki, Kıvanç Tatlıtuğu yenidən ekranlarda görmək mənə dünya qeder sevinc verdi.Dizinin prodüsserləri məhz bu aylar bu dizi ilə efirlərə çıxmaqla "jek pot" qazandılar! Serialda bu an Ukrayna və Rusiya arasında baş verənlərlə o qədər uyğun mövzuya toxunublar ki, bu film istər-istəməz bu aylar böyüq reytinq toplayacaq. Şans buna deyərlər!


Filmə gəldikdə isə, ilk baxışdan orda zövqlə və o zamana uyğun hazırlanan kostuyumlar, dekorasiyalar, binalar, avtomobillər bir sözlə hər bir detal o qədər doğru və keyfiyyətlə hazırlanıb ki, məni heyran etdi. Daha sonra aktyorların oyunu: rus mədəniyyətini, adətlərini hətta duruşları, baxışları, hərəkətləri inanılmaz dərəcədə peşəkarcasına əks etdirir. Belə deyim də, əmməli başlı ruscasına oynanılır ki, vallah bir anlıq düşündüm ki, bütün "kadro" ruslardan ibarətdi.
Və ən nəhayət yenidən qayıdıram Kıvançıma. Onun yaraşığı, dəniz qədər mavi və dərin gözləri, bir qadını özünə saniyələr içində aşiq etməyi bacara biləcək təbii gözəliyi, mükəmməl üz cizgiləri, top model ölçülərinde olan bədən forması... Aman Tanrım ona baxanda bütün dərdlər, acılar, kişilər və hətta qadınlar, bir sözlə bütün dünya unudulur! Bu aktyor baş fırladacaq qədər istedadlı və yaraşıqlıdır.
Uzun sözün qısası, dizini çox bəyəndim və demək izləməyə davam edəcəm. Sizdə baxın, ən azından tarixi baxımdan faydalanarsız".