news Image
2014.03.05
18:30
| A A A
Qarət olunmuş azərbaycanlı müğənni üzə çıxdı

Milli.Az xəbər verir ki, martın ilk günü avtomobili qarət olunmuş tanınmış estrada müğənnisi Xatun Əliyeva depressiyadan ayılıb. Ötən gün axşam saatlarında əməkdaşımızın foto kamerasına tuş gələn müğənni dostlarının sayəsində özünü toparlamağa çalışdığını söylədi:

"Baxmayaraq ki, polisin apardığı araşdırma hələ heç bir nəticə verməyib, mən ümidlərimi itirməmişəm. Bu günlər ərzində dost və düşmənlərimi özlüyümdə bir daha tanıdım.

Əzizlərim, Lider TV-nin populyar siması Lamiyyə Ələkbərqızı, tanınmış teleaparıcı Zabir Əliyev, prodüser Ataş Hüseyn, demək olar ki, məni yalnız buraxmırlar. Yaşadığım stressi mənimlə bərabər yaşayan menecerim Rauf Şirinoğluya var ol deyirəm.

O cümlədən həmkarlarım Xatirə İslam, Vasif Məhərrəmli, Natavan Həbibi, Kərim Abbasov, Rüfət Axundov və başqaları da dərdimi mənimlə bölüşdülər. İtki çox pis şeydir. Bəzi oxucular bu hadisəni piarla bağlasalar da, haqqı görən Allah var.

Avtomobilimi ikinci evim hesab edirdim. Çalışacam bu hadisədən sonra daha ehtiyatlı olum".

Məlumat üçün bildirək ki, avtomobili qarət olunan Xatun Əliyevaya dəyən maddi ziyanın məbləği minimum 15 min manatdır.