Əlaqə Arxiv
news Image
2014.03.06
11:02
| A A A
O, məni əxlaqsız adlandırdı - Qalmaqal
Meyxanaçı, müğənni Samirə və müğənni Lalə Dadaşova arasında olan gərgin münasibət, dava-dalaş sülhlə nəticələnib. Tərəflər canlı yayımda öpüşüb-görüşsələr də, lakin hal-hazırda yenidən bir-biri ilə danışmırlar. Mövqe.az-a bu barədə məlumat verən mənbə onu da bildirir ki, tərəflər yenidən düşmən münasibətini davam etdirir. Və canlı yayımda göstərilənlər sadəcə bir şou idi. Məsələni aydınlaşdırmaq üçün meyxanaçı Samirə ilə əlaqə saxladıq : " Bəli, biz canlı yayımda düzdü görüşdük, barışdıq. Amma elə oradaca hər şey bitdi. Ürəyimdəki ürəyimdə... Allahından bilsin. O, məni əxlaqsız adlandırdı. Allahdan qorxmadı. Mən heç vaxt o təhqirləri, söyüşləri unutmaram və bağışlamaram. Allah keçsin günahından. Mən ondan qorxmuram. Sadəcə xanımlığıma yarşmaz ki, məhkəmə-məhkəmə gəzim. Əsəb, stress, gərginlik xəstə canıma lazım deyil".

Xatırladaq ki, Lalə Dadaşova Samirəni əxlaqsız, çoxsaylı 20 yaşlı "lyubovnikər"i olan biri kimi qələmə vermişdi. Müğənni meyxanaçını hər kəs qarşısında əxlaqsız qadın adlandırmışdı və bildirmişdi ki, məhz bu səbəbfən onunla iş birliyinə son qoyub. 


Sizin Reklam Yeriniz