news Image
2014.03.06
15:20
| A A A
Azərbaycanlı müğənni "abort" edən kəsləri sərt tənqid etdi
Müğənni Roza Zərgərli uşaqlarını doğulmamış tələf edən insanlardan naraçılıq edib. Mövqe.az xəbər verir ki, müğənni aborta qarşı çıxdığını bildirərək, bunu insanlığa sığmayan bir hərəkət adlandırıb: "Çox müsbət sosial layihə haqda məlumat oxudum. Əməkdar artistimiz Hüsniyyə Mürvətova sosial aksiyada rol alaraq, aborta qarşı çıxıb. Təbii ki, hər bir dində də bu günahdır və ümumiyyətlə insanlığa sığmaz bir şeydir. Əlavə fikirlər yazardım, sadəcə sabahsı gün mediada adımla birlikdə bunu başlığa yazacaqlar. Məncə cəmiyyətimizdə bu layihə daha böyük çərçivədə tətbiq olunmalıdır ki, bu cür hallar azalsın.
Eyni zamanda bir çox ölkələr, məsələn ABŞ-da abort rəsmən qadağandır və cinayət hesab olunur. Çox yaxşı olardı ki bizdə də bu qadağa olsun ki, insanlar əməllərinə daha çox cavabdeh olsunlar.
Ancaq böyük problemlərdən biri də odur ki, əslində çox uşaq sevən və uşağın olmaması ilə bir çox hallarda kompleks daşıyan Azərbaycan ailələrində övlad etmə o qədər də çox qəbul olunmur. Belə olsa idi, uşaq evlərimizdə uşaq qalmazdı.
Bəzən Amerika cəmiyyətinin pis tərəflərini qabardıb, ancaq yaxşı tərəflərini görmürük. Çox müsbət haldır ki o cəmiyyətdə bir çox ailələr, öz evladları olsa belə insanlıq xatirinə uşaq evlərində evlad edirlər. Hətda evlad etmə o dərəcəyə çatıb ki, öz ölkələrindən əlavə xarici dövlətlərdən də uşaq evlad edirlər. Amerika ailələrində Russiyadan, Kitaydan... yəni milliyətindən, dərisinin rəngindən asılı olmayaraq insaniyyət xətrinə evlad edilmiş uşaqlar görmək çox adiləşib.
Bu cür layihə üçün əməkdar artistimiz Hüsniyyə Mürvətovaya sonsuz təşəkkürümü bildirirəm.


Qeyd edək ki, şou əhli arasında Roza Zərgərli xeyriyyə aksiyalarına daha çox qoşulan müğənni kimi seçilir. Bəzi həmkarlarından fərqli olaraq müğənni müxtəlif bəhanələrlə bu cür tədbirlərdə iştirakdan yayınmır.