Əlaqə Arxiv
news Image
2014.03.06
15:56
| A A A
Natavana əxlaqsız təkliflər ediblər

Müğənni Natavan Həbibi sənət yolunda ona mane olanlardan danışıb.

Axşam.az-ın məlumatına görə, "Gündəlik" verilişinə qonaq olan sənətçi deyib ki, gözəlliyi problemlər yaşamasına səbəb olub:


"Cavan qızam, gözəlliyim var. Hansı qapını döyürdüm, başqa təkliflər edirdilər. Razılaşmadığım halda qapını üzümə bağlayırdılar. Məndən istedadsız, görünüşü olmayanlar isə yüksəklərə qalxdılar. Həmin təkliflərə razılıq verdiklərinə görə, onlara imkan yaradırdılar. Bu cür problemlər ucbatından bir müddət sənətdən uzaqlaşdım. Amma sonra sübut etdim ki, Natavanın da gücü var. Gücümü göstərdim və mənim də üzümə qapılar açıldı".

Sizin Reklam Yeriniz