Bəhram Bağırzadə 8 mart münasibəti ilə ancaq 4 qadını təbrik edəcək !
Tanınmış aktyor Bəhram Bağırzadə 8 mart münasibəti ilə kimləri
təbrik edəcəyini açıqlayıb. Mövqe.az -a danışan şoumen ancaq
həyatında olan 4 qadını təbrik edəcəyini bildirib : " 8 mart
münasibəti ilə 4 qadını təbrik edəcəyəm. Yəni ancaq onlara hədiyyə
alacağam. Anama, bacıma, həyat yoldaşıma və qızıma. Digər tanış,
yaxın qadınları isə votsapda, ya smslə, ya da ki, zəng edib, təbrik
edəcəm. Məncə onlara hədiyyə alıb, təbrik etsəm bu düzgün çıxmaz.
Onları da qardaşları, həyat yoldaşları, oğulları təbrik edər. Məncə
belə daha yaxşı olar".