Əlaqə Arxiv
news Image
2014.03.07
14:13
| A A A
Azərbaycanın Rusiyadakı yeni “toylar kralı” peyda olub -VİDEO

Rusiya səhnəsinə yeni "toylar kralı" gəlir.

Peşəkar səhnəyə yeni addım atmasına baxmayaraq Azərbaycan və Rusiya toylarında tez - tez iştirak edən müğənni Vasif Mirzəyev öz ifası ilə Rusiya toyunda təxminən 500 nəfər qonağı coşdurub.

Movqe.az-ın məlumatına görə, Rusiyanın "Luxury Hotel" restoranında gerçəkləşən azərbaycanlı iş adamının oğlunun toy mərasimindəVasif Mirzəyevlə yanaşı bir çox yerli müğənnilərimiz də iştirak edib.Müğənninin prodüseri Pərviz Məmmədov toydan ağız dolusu danışaraq möhtəşəm bir məclis keçdiyini bildirdi. Təxminən 45 dəqiqə səhnədə olan Vasif Mirzəyev Azərbaycanın şux mahnıları ilə məclisi canlandırıb. Qonaqların arasında ermənilərin olub- olmaması sualına prodüser belə cavab verib: "Restoranda təxminən 500 nəfərdən çox qonaq var idi. Onların milliyətcə kimliyini araşdırmaq mümkün deyil. Ola bilsin aralarında ermənilər də var idi. Yerli müğənnilərimizin demək olar ki, 90%-i Moskva toylarında iştirak edir, onların heç birisi deyə bilməz ki, iştirak etdikləri məclislərdə heç olmasa bir nəfər erməni olmur".

Toydan ekskluziv görüntüləri paylaşmaq istəyirik.


Sizin Reklam Yeriniz