news Image
2012.06.19
11:53
| A A A
Azərbaycanlı aktrisa Azərbaycan xalqından üzür istədi - Foto
Movqe.Az xəbər verir ki, Məlahət Abbasova türkiyəli film istehsalçılarından narazı olduğunu bildirdi.

Azərbaycanın məşhur aktrisası, Türkiyədə yaşayıb fəaliyyət göstərən Məlahət Abbasova baş məsləhətçisi olduğu "Yaxşı Cazibə" serialı haqda danışdı.

Aktrisa verdiyi açıqlamada bildirib ki, onun serialın baş məsləhətçisi olmasına baxmayaraq "Yaxçı Cazibə"-nin finalından xəbəri olmayıb.

"Mən bilmirdim ki, bu serial 93-cü bplümdən sonra bitəcək. 92-ci bölüm çəkildikdən sonra, Bakıya gəldim, Türkiyəyə qayıtdıqda isə serialın çəkilişlərinin yekunlaşdığını bildirdilər. Bunda nə mənim nə də ki, filmə çəkilən aktyorların günahı yoxdur. Mən Azərbaycan xalqından üzür istəyirəm. İstəyirəm bilsinlər ki, bu seriala bu cür son qoyulmasının Azərbaycan xalqı ilə heç bir əlaqəsi yoxdur", - Məlahət Abbasova bildirib.

Qeyd edək ki, aktrisa serialın baş qəhrəmanlarının da bu məsələyə görə narahat olduğunu bildirib.


Türkan Nadirqızı

Movqe.Az


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs