Əlaqə Arxiv
news Image
2012.06.20
13:12
| A A A
İngiltərə və Fransa "Avro-2012"-nin 1/4 finalında
UEFA futbol üzrə Avropa çempionatının qrup mərhələsinin sonuncu görüşləri keçirilib.

Mövqe.az xəbər verir ki,dünən D qrupunun son oyunları keçirilib. İngiltərə - Ukrayna, parallel matçda isə İsveç Fransa millisi ilə qarşılaşıb. Ukraynalılar ev sahibi olmasına baxmayaraq İngilislər rəqiblərini Runinin 48-ci dəqiqədə vurduğu qol sayəsində minimal hesabla məğlub edib - 1:0.

Digər oyunda isə İsveç yığması Fransaya əməllicə dərs verib və bu turnirdə təsadüfi olmadığını sübut edib. Matç İsveçin 2:0 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb,baxmayaraq ki, hesab daha da çox ola bilərdi. Qeyd edək ki, qolları 54-cü dəqiqədə İbrahimoviç və 90-cı dəqiqədə Larrson vurub. Lakin bu qələbə İsveçə qrupdan çıxması üçün bəs etməyib. Beləliklə İngilislər 1/4 finalda İtaliya yığmasıyla, Fransızlar isə İspanlarla qarşılaşacaqlar.


S.S.V

Movqe.az


Sizin Reklam Yeriniz