news Image
2012.06.21
09:45
| A A A
Yeni layihə:Qalib mahnının ifaçısına sürpriz ediləcək
 Dj. Çina və prodüsser Ceyhum Məhərrəmov yay aylarında müğənnilərin diqqətini çəkəcək yeni layihə ərsəyə gətirəcəklər. Bu haqda Movqe.Az saytına layihənin rəhbərlərindən olan C. Məhərrəmov danışıb. Bildirdiyinə görə layihə bu il müğənnilərin çox dinlənilən mahnılardan yanadır. İnter vasitəsilə hər müğənninin ən populyar mahnısının siyahısı tərtib olunacaq. 

Siyahıda yer alan mahnılara internet vasitəçilərinin səsvermələri üçün imkan yaradılacaq. Bundan sonra böyük konsert ərsəyə gələcək. Müğənnilər layihədə iştirak edən mahnılarını ifa edəcəklər. Konsertin sonunda ən çox səs toplayan mahnının adı açıqlanacaq və qalib seçiləcək. Qalib mahnının ifaçısına layihə təşkilatçıları tərəfindən diplom hədiyyə olunacaq. Bir də həmin mahnının remix versiyası Dj. Çina tərəfindən hazırlanıb, müğənniyə hədiyyə ediləcək.

Ən maraqlısı da odur ki, qalib mahnının remixi ifaçısına təqdim olunmazdan qabaq sürpriz olaraq ilk dəfə tədbirdə səslənəcək. Həmin qalibin pulsuz dəniz kənarında fotosessiyası olacaq.

 "Bəzi tədbirlərdən ve layihələrdən fərqli olaraq biz qalibə yeri pulla satmırıq. SMS yarışması da  olmayacaq, bu yarışma sosial şəbəkələrdə keçiriləcək. Biz dinləyicilərə və fanatlara rahat səs vermə imkanları yaradacağıq. Kimsə öz qalibini görmək istəyirsə bəyəndiyinə səs verəcək", - deyə Cechun Məhərrəmov bildirib.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs