Əlaqə Arxiv
news Image
2012.04.06
15:03
| A A A
Kamran Həsənli: “Bizdə işlər “üzdə bəzək, içi təzək” prinsipi ilə qurulub”
Şoumen teleaparıcıların işindən danışdı

Teleaparıcı, şoumen Kamram Həsənli modellərin teleaparıcı olmasını dünyanın məşhur teleparıcıları ilə müqayisə edib. Bu barədə Mövqe.Az xəbər potalına K.Həsənli özü danışıb. O, modellərin televiziyada teleaparıcılıq sahəsindəki iş prinsiplərini qüsurlu hesab edir: "Ümumiyyətlə, bizim teleaparıcılarımızla dünyanın tanınmış teleaparıcıları ilə müqayisə olunanda çox qüsurlu məqamlar var. Dünya modelləri ilə bizim modellərin iş prinsipi tam tərsinədir. Modellərimiz özlərini məşhur modellərə bənzətməyə çalışırlar. Amma işin mahiyyəti başqadır. Bizdə işlər "üzdə bəzək, içi təzək" prinsipi ilə qurulub. Çünki dünyada məşhur modellər televiziya verilişi açmaq istəyirsə, televiziya rəhbərliyinə müraciət edəcək və onlar da yüksək məbləğli qonararla işə cəlb olunacaqlar. Burada model biznesi var. Bu da televiziya rəhbərliyi üçün əlverişlidir. Çünki həmin modellərin sayəsində yeni verilişlərin inkişafı üçün sponsor tapmağa yardımçı olacaq və s...", -K.Həsənli deyib.

K.Həsənli milli televiziyalarda yayımlanan tok-şou verilişlərin aparıcıları haqqında da danışdı. Şoumen, tok-şou aparcısının müəyyən xüsusiyyətlərini açıqladı: "Tok-şou verilişi açmaq üçün gərək aparıcının həyat təcrübəsi, intellekti, söz bazası, intiligentliyi, xarici görünüşü, yumor hissiyatı və mütləq musiqi duyumu olmalıdır. Bundan başqa, tok-şou aparıcısı insanlarla danışanda diqqətli olmalıdır. Çünki qarşındakı insan ilə diskussiya zamanı hara qədər danışmalı və fikirini harada saxlamalı olduğunu bilməlidir. Əgər tok-şou aparıcısısansa, insanları düşünməlisən, insanlığı sevməlisən. Düşüməməlisən ki, bu sualı versəm, necə alınacaq və necə görsənəcəyəm? Həmin aparıcı hər dəqiqə monitora baxır ki, qaşım-gözüm, şalvarım, ayaqqabım necə görsənir, kənardan mənə necə baxırlar? Belə tok-şou olmaz! Bir də ki, televiziya tərəfindən həmin aparıcıya azadlıq verilməlidir. Yox, əgər aparıcı müəyyən bir çərçivəyə salınırsa, kiminsə zəngiylə tapşırılırsa, bu, artıq ekranı doldurmaq xatirinə yaradılmış bir vasitədir. Bu, mətbəx, ərə getmək verilişi deyil", - şoumen bildirdi.


Fuad Mədətov


Sizin Reklam Yeriniz