Əlaqə Arxiv
news Image
2012.06.25
19:17
| A A A
Valeriy Meladze boşanır və qızı depressiya düşüb
Movqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, əslən gürcü olan və Rusiya şou biznesində kifayət qədər məşhur olan Valeriy Meladze rəsmi olaraq həyat yoldaşı 46 yaşlı İrinadan boşanır. Boşanmaq üçün ərizəsini ilk olaraq İrina məhkəməyə təqdim edib və onun maraqlarını vəkili Aleksandr Dobrovinskiy müdafiə edəcək. İrina bu addımı atmaqda 10 ildir ki, tərəddüd edirdi. Müğənni özü isə iki qadının həyat yoldaşı 46 yaşlı İrina və 33 yaşlı Albina Canabayeva arasında qalmışdı. Meladzenin İrinadan 3 qız övladı, İnqa (21) ,Sofiya ( 13) , Arina ( 9) var."ВИА Грa" qrupunun eks solisti Albinadan isə 7 yaşında Konstantin adlı bir oğlu var.

Onu da qeyd edək ki, Valeriy həyat yoldaşı İrina ilə institutda oxuduğu zaman tanış olmuşdular. İndi V.Meladzenin kiçik qızı Arina valideynlərinin boşanmalarına görə depressiyadadır.

Sizin Reklam Yeriniz