Əlaqə Arxiv
news Image
2014.05.02
15:39
| A A A
“Elit Star” Cəmilədən 1500 manat tələb etdilər – ÖZƏL

Azərbaycanlı müğənni, "Elit Star" ləqəbi ilə tanınan Cəmilə İsgəndərova efirdə görünməməyinin səbəbini açıqlayıb.


Aktual.az-a açıqlamasında o deyib ki, "özünü ölkənin ən bərkgedən kanalı" kimi qələmə verən yerli telekanallarımızdan biri bir veriliş üçün 1500 manat pul tələb edir: 


"Başa düşmürəm, axı mən niyə övladlarımın, özümün boğazımdan kəsib o kanala pul verməliyəm. Mənə deyirlər ki, 1500 manat ver, verilişə çıx. Axı niyə?! 30 ildir Azərbaycan radiosunun solistiyəm, həftədə üç dəfə işə təpik döyürəm, dövlət tədbirlərinə gedirəm, hərbi hissələrdə konsert verirəm. 


Məndən niyə pul istəyirlər? Mən sənətə yeni gəlmişəm ki?"


Cəmilə İsgəndərova bu səbəbdən də xaricdə konsert verməyə daha çox maraqlı olduğunu açıqlayıb. 

Sizin Reklam Yeriniz