Əlaqə Arxiv
news Image
2014.05.03
16:05
| A A A
Elnarə "Like elə" dedi (VİDEO)
Pop üslubunda olan mahnıları ilə gənclərin sevimlisinə çevrilən müğənni Elnarə Xəlilova yeni mahnısını təqdim edib. 

Movqe.az xəbər verir ki, ifaçı sözləri və musiqisi Zülfi Bədəlova məxsus olan "Like elə" mahnısı dinləyicilərin ixtiyarına buraxıb. Mahnı Youtube video paylaşım saytında yerləşdirilib. Elektro-pop janrında olan mahnını məşhur aranjemançı Vaso Qarayev dib.

Xatırladaq ki, Elnarə Xəlilova ötən günlərdə sürətlə arıqlaması ilə diqqət çəkmişdi. Elə bu səbəbdən də müğənni oxucuların istəyini nəzərə alaraq özəl pəhrizini açıqlayıb. İfaçı açıqlamasında bildirib ki, 7 kq arıqlamaq niyyətindədir: "Hazırda çəkim 67 kiloqramdır. 6 ay ərzində 60 kiloqram olmaq fikrindəyəm. Bu hədəfimə çatmaq üçün bir az səbr etməli olacam. Çünki sürətli arıqlamağın tərəfdarı deyiləm. Həm də ac olanda əsəbi oluram, stress keçirirəm. Dietoloqlar da deyir ki, ac qalaraq arıqlamaq insan səhhətinə ziyandı. Ona görə də öz metodumla arıqlayacam".


Sizin Reklam Yeriniz