Əlaqə Arxiv
news Image
2012.04.06
15:43
| A A A
Azərbaycanlı müğənni yeni mahnısını sosial şəbəklərdə yaymlayıb – FOTO – VİDEO
O, rejissor Kənan M.M ilə işbirliyi qurmaq niyyətindədir

Müğənni Pərvin Lətifov yeni mahnısını sosial şəbəkələrdə yayımlayıb. Movqe.Az xəbər portalının məlumatına görə, sözləri Rəna Mirzəyevaya, musiqisi Ramala məxsus olan "Yar olaram" adlı mahnı lirik janrdadır.

P.Lətifov yeni işi ilə bağlı Movqe.Az-a açıqlamsında bildirib ki, mahnı hazır olan kimi dinləyicilərə təqdim olundu və maraqla qarşılandı: " "Yar olaram" mahnısı lirik janrda olduğu üçün hamının dinləyəcəyinə əmin idim. Mahnı hazır olanda, sosial şəbəkələrdə yaymladım və uğurlu nəticəsini gördüm. Hamı mahnı haqqında mənə təəssüratlarını yazır. Mahnının dinləyicilərin marağına səbəb olmasına sevinirəm", - müğənni dedi.

Müğənni onu da qeyd etdi ki, bir ay müdddətində Bakıda mahnıya klip çəkdirəcək. O, klipin rejissor Kənan M.M-ə həvalə edəcəyini bildirdi.

Qeyd edək ki, müğənnilərin əksəriyyəti mahnı və kliplərini sosial şəbəkələrdə yayımlayırlar.



Fuad Mədətov




Sizin Reklam Yeriniz