Əlaqə Arxiv
news Image
2014.05.06
18:13
| A A A
"Yaşı ötmüş həmin "day-daylar"ı rüsvay edəcəyəm"

Xalq artisti Razi Şükürovun bacısı oğlu, "Bəyaz gəlin" mahnısı ilə tanınan gənc müğənni Fərid Quliyev yeni fotosesiyasını təqdim edərkən, həmkarlarını qınamaqdan da çəkinməyib. Mövqe.az-a danışan ifaçı bildirib: "Bəzi həmkarlarım məni tez - tez efirlərdə, toylarda görüb, paxıllıqdan özlərinə gələ bilmirlər. Mənə dəstək olan insanlara zəng vurub, haqqımda olmazın sözlər deyirlər. Yaşı ötmüş həmin "day-daylar" əgər bu əməllərindən əl çəkməsələr onları rüsvay edəcəyəm. Mənim haqqımda danışan o "day-day"lara demək istəyirəmki, mən sizin tayınız deyiləm, sizin kimi toylarda  döyülməmişəm, başınızı salın aşağı işinizlə məşğul olun, elə etməyinki, oğlunuz yaşında cavan bir oğlandan artıq sözlər eşidəsiniz.  Bu dəfə tərbiyəmə sığınıb, yaşınıza hörmətən adınızı mətbuata açıqlamıram, amma bir də haqqımda nə isə eşitsəm,  susmayacam". 


Bundan əlavə, yaradıcılığından da söz açan ifaçı yaxın günlərdə yeni klipini mətbaut nümayəndələrinə təqdim edəcəyini də bildirdi.



Sizin Reklam Yeriniz