news Image
2014.05.07
11:39
| A A A
Aşıq Samirə: " Çox xoşbəxtəm "
"Əziz dostlarım, həmkarlarım, sənətimi bəyənən və dəyərləndirən hər kəs. Bu gün sevincimin həddi-hüdudu yoxdur! Nəinki bu sənətdə, fərq etmir, hər sahədə çalışan, zəhmət çəkən insan zəhmətinin qiymətləndirildiyini görəndə özünü dünyanın xoşbəxti sayır. Bəli sənət zəhmət tələb edir" bu sözləri aşıq Samirə deyib. Özünü çox xoşbəxt hesab edən sənətçi belə deyib: "Mən çox xoşbəxtəm ki, O6.03.2014 tarixində hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı ilə əməkdar mədəniyyət işçisi adına layiq görüldüm. Bu günlərdə isə, dövlətimizin sənətə, sənətkarlara olan böyük diqqətinin, dəstəyinin bir daha şahidi oldum. 30.05.2014 tarixində prezident mükafatına layiq görüldüm. Sevinirəm! Zəhmətimə verilən qiymətə, sənətimə göstərilən dəyərə görə! Mən bu Mükafata layiq görülən yeganə aşığam. Minnətdaram! Bu təltiflər mənim məsuliyyətimi artırmaqla yanaşı, gələcəkdə daha əzmlə çalışmağıma stimul verdi. Həyat yaşamağa, əziyyət çəkməyə dəyər!".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs