news Image
2014.05.07
12:26
| A A A
"Eurovision 2014"də Ermənistanı qalib etmək istəyirlər...

Belə fikirlər səslənir ki, "Eurovision 2014" mahnı müsabiqəsində Ermənistanı qalib etmək istəyirlər. Mövqe.az xəbər verir ki, eurovision.tv  bu istiqamətdə təbliğata başlayıb. Mart ayından etibarən, Avropa Yayımları Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə informasiya yaymaqda davam edir. 


Eurovision.tv saytı, həm də EBU əvvəlki illərdə heç bir ölkə üçün belə təbliğat imkanı yaratmayıb. Sayt bildirir ki, artıq erməni mahnısının 1.5 milyon izləyicisi var. Sayt iddia edir ki, bu günə qədər heç bir ölkənin mahnısına çəkilən klip Youtube-də 1,5 milyondan çox izlənməyib. Hətta videoklipin çəkilişlərinə geniş yer ayrılıb. 


Mütəxəssislər mahnının orijinal və uğurlu olmadığını bildirsə də, təbliğat davam etdirilir. Bu yarışmanın artıq siyasiləşdiyini söyləyən ekspertlər iddia edir ki, burda erməni lobbisinin fırıldağı var. "Eurovision 2014" mahnı müsabiqəsində Ermənistanın Aram Mp3 adlı təmsilçisi "Focus group"un mahnısını ifa edəcək.


Qeyd edək ki, gələn il "Eurovision"-nun 60 illiyi, saxta "erməni soyqırımı"nın 100 illiyidir. Bütün bu hazırlıqlar da ona görə aparılır ki, ermənilər soyqırımın 100 illiyini 40 ölkənin nümayəndəsi ilə qeyd edə bilsin.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs