news Image
2014.05.07
16:23
| A A A
Nadir Qafarzadə “Maral”ın yeni versiyasını təqdim etdi

Azərbaycanın ən çox dinlənilən mahnısının yeni versiyası təqdim olundu 

Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə bu gün "Maral" mahnısının yeni versiyasını təqdim edib. 


Movqe.az-a açıqlama verən N.Qafarzadə bildirib ki, bəstənin yeni versiyası Türkiyədə hazırlanıb: "Nəhayət xeyli müddətdir gözlədiyim "Maral" mahnısını bu gün dinləyicilərin ixtiyarına verdim. Amma bu iş mənə asanlıqla başa gəlmədi. Mahnının yeni versiyasında məni xeyli sayda canlı alətdən istifadə olunub. Sözün düzü "Maral" mahnısının müxtəlif üslublarda mənə təqdim etmişdilər. Amma bəyənməmişdim. Ən sonuncu hazırlanan versiyanı isə ilk eşitdiyim andan etibarən bəyəndim. Bu mahnı mənə uğur gətirib. Düşünürəm ki, dinləyicilər bu versiyanı da sevəcək". 


N.Qafarzadə daha sonra bildirib ki, "Maral" mahnısı çox sevilsə də, tənqid atəşinə tutanlarda olub: "Bu günə qədər Azərbaycanın klassik estrada, xalq mahnılarını və digər korifey sənətkarların bəstələrini oxumuşam. Amma heç bir mahnım "Maral" qədər müzakirə mövzusu olmadı. Hətta bəzi həmkarlarım var ki, efirdən "Maral" mahnısını bəyənmirəm, deyirlər. Amma toylara gedirsən, görürsən ki, həmin o sözü deyən müğənni "Maralı" oxuyur. İfa etdiyim mahnının bu qədər müzakirə olunması məni bir ifaçı kimi sevindirir. Müğənni daha sonra deyib ki, Azərbaycanda gözlənilməz layihə həyata keçirəcək: "Təxminən bir ay sonra, Azərbaycanda elə bir layihə edəcəm ki, bunu heç kim etməyib. Amma mən edəcəm. Bunu etdiyimə görə, bir çoxları məni dəstəkləsə də, tənqid edənlərdə olacaq. Amma çox maraqlı bir layihə olacaq. Gözləsinlər. Bu proyektimin nədən ibarət olmasını isə gələn həftə mediaya açıqlayacam". 


Qeyd edək ki, N.Qafarzadənin "Maral" mahnısı dinləmə sayına görə, Azərbaycan ifaçıları arasında 1-ci yerdədir. 


https://www.youtube.com/watch?v=BRieVGMn-ck&feature=youtu.be

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs