Əlaqə Arxiv
news Image
2014.05.07
18:06
| A A A
Aktrisa 16 yaş böyük sevgilisi haqqında: "Sənə atama güvəndiyim kimi güvənirəm"- FOTOLAR
Aktrisa Nigar Bahadırqızı nişanlısı, türk vətəndaşı olan Ersel Aktara eşq etirafı edib. Mövqe.az xəbər verir ki, aktrisa çox xoşbəxt olduğunu və aralarındakı yaş fərqinin onun üçün önəmsiz olduğunu etiraf edib. Qınaqlardan, dedi-qodulardan bezən və bu cür sözlərin onların münasibətinə təsir etməsindən ehtiyatlanan Nigar Bahadırqızı sevdiyi şəxsi atasına bənzədib: "Heç bir insanın fikir və düşündükləri mənə maraqlı deyil. Ay 16 yaş böyükdür, ay sənə yaraşmır, ay türkdür.. Öz fikirlərinizi özünüzə saxlayın. Hər bir qızın ürəyində arzuladığı, düşündüyü, atasına bənzəyən bir insan var. Mən 13 yaşında ilk sevgimi, atamı itirmişəm. O mənim güvən yerim idi. O mənim üçün yer üzündə yeganə kişi idi. O yoldaşını, ailəsini sevən, çalışan, qazanan, yardım edən...O kişi idi! İllər keçdi və sən gəldin, Ersel Aktar, eynən atam kimi. Sənə atama güvəndiyim kimi güvənirəm. Ona hörmət etdiyim kimi hörmət edirəm, səni onu  sevdiyim qədər sevirəm və səni heç bir zaman itirmək istəmirəm. Yaxşı ki, varsan, yaxşı ki həyatıma gəldin, yaxşı ki səni tanıdım. Mənim bəyaz atlı psinsim. Hər bir xanıma belə bir kişi arzu edirəm. Ersel, canım, səni çox sevirəm".



Sizin Reklam Yeriniz