news Image
2014.05.08
18:30
| A A A
Xatirə canlı yayımda ağladı: “Zəng etdi ki, uşaq ölüb”

Müğənni Xatirə İslam "Öz aramızda" verilişinin qonağı olub. 


Axşam.az-ın məlumatına görə, bacısı oğlunun keçirdiyi qəzadan danışan sənətçi göz yaşlarını saxlaya bilməyib:


"Xəbəri mənə kürəkənim verdi. Balaca oğlu zəng vurub ki, ata, qaqaş maşının altında qalıb öldü. Ayaqyalın taksiyə oturub xəstəxanaya qaçdım. Yol boyu yalvarırdım ki, şikəst qalsın, amma ölməsin. Onun ölümünü təssəvür edə bilmirdim. Uşaq nənəsi ilə gəzməyə gedib. Yolda qəfildən nənəsinin əlindən qaçıb, maşının altına girib. Hadisəni törədən xanım da yaxşı insandı. 50 yaşı var, həkimdir. O da pis olub. Gicgah sümüyü sınıb. O bitişməlidir ki, ayağını əməliyyat etsinlər. Həkimlərdən xahiş edirəm ki, başını düzəltsinlər. Başqa xəstəxanalardan da həkimlər gətirmişəm. Deyirlər başı düzəlməsə, əməliyyat mümkünsüzdür, stolda qalar. Qəzanı törədən xanım da yanından getmir, bizdən çox narahatdır. Uşaq qaytarmamalıdır, amma gündə neçə dəfə bu hal baş verir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs