news Image
2014.05.12
11:27
| A A A
Nanəyə anasının brilliant sırğalarını verən məşhur bəlli oldu

Teleaparıcı Nanə Ağamalıyeva Türkiyədə olmasına baxmayaraqAzərbaycanda olan dostlarını da unutmur.  Sosial şəbəkədə aktiv olan aparıcı bu dəfə də dostu stilist Anar Atakişiyevdən danışıb. Mövqe.az xəbər verir ki, Nanə Anarı ağızdolusu tərifə tutub və hətta ona etdiyi yaxşılığı da unutmayıb: "Təqdimata ehtiyacı olmayan mənim Anarım. Böyük səhnələrə mənə ilk makiyaj edən, hətta anasının brilliyant sırğalarını qulağıma taxıb çəkilişə göndərən, işinin peşəkarı, çox sevdiyim Anarım".


Nanənin bu ismarışı cavabsız qalmayıb. Stilist həmin dəqiqə Nanəyə belə cavab verib: "Canım dostum, bu sözləri səndən eşitmək mənim üçün dağlardır. Sənə olan hörmətim və sevgim sonsuzdur. Bunu özün də bilirsən. Qulluğunda hər zaman hazıram. Dostluq nümunəsi bizim dostluqdur. Yoxsa bəziləri kimi nəyəsə görə, nəyinsə xatirinə yox. Sən hər zaman zirvədə olmusan, varsan və olacaqsan. Nanə dünən, Nanə bu gün, Nanə sabah!".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs