news Image
2014.05.12
15:19
| A A A
Türkiyə bir də "Eurovison"a qatılmayacaq?

Türkiyənin məşhur qəzetlərindən birində Eurovision  mahnı müsabiqəsinə münasibət bildirilib. Movqe.Az "Hürriyyet"ə istinadən həmin məqaləni sizə təqdim edir: 

"Bu günləri də gördük , Eurovisionu Avstriyanı təmsil edən"saqqallı qadın" Konchita Vurst qazanıb. Bu nəticəni eşidəndə TRT-in görəcək günü var imiş deyə təxmin etdim. 


Düşünün , Türkiyə müsabiqədə iştiraka davam etsə saqqallı qadının performansını canlı yayımlamaq məcburiyyətində qalacaq. Qadın görüntüsündəki kişinin mahnısı müxtəlif müzakirələrə gətirib çıxaracaq.

İndi müsabiqədə yoxuq, TRT-in başı rahatdır.


Əminəm ki, "Yaxşı ki qatılmamış" deyən çox insan var. 


2012-ci ildə son dəfə Can Bonomoyla qatılmışdıq Eurovisiona . TRT son iki ildir səsvermə sisteminə etiraz etdiyi üçün müsabiqəni boykot edir.


Mənim təxminim , bu ilki birincilikdən sonra bizim üçün növbəti Eurovison iştirakımız tamamilə bitib.


Çünki TRTdə "Bu mahnı müsabiqəsi deyil , gey əyləncəsidir " anlayışı yaranıb.